Ermənistanda benzin və dizelin qiyməti ucuzlaşdı

ermenistanda-benzin-ve-dizelin-qiymeti-ucuzlasdi
Oxunma sayı: 413

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə yanacaq qiymətlərinin ucuzlaşdığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir sosial şəbəkə hesabında yanacaq bazarındakı son rəqəmləri paylaşıb.

Onun təqdim etdiyi statistikaya əsasən, dekabr ayından bəri benzinin qiyməti 510 dramdan (2.29 AZN) 430 drama (1,93 AZN), dizelin qiyməti isə 480 dramdan (2.15 AZN) 410 drama (1,84 AZN) düşüb.

Papoyan onu da vurğulayıb ki, Azərbaycan neft məhsullarını alan əsas yanacaqdoldurma məntəqələrindən biri yaxın günlərdə həmin yanacağı endirimli qiymətə satmağa başlayacaq.