“Elə şərait yaradaq ki, onlar öz pullarını Rusiyadan çıxarıb vətəndə istifadə etsinlər”

ele-serait-yaradaq-ki-onlar-oz-pullarini-rusiyadan-cixarib-vetende-istifade-etsinler
Oxunma sayı: 966

“Valideynləri azərbaycanlı olub Rusiyada yaşayan vətəndaşlar Azərbaycana qayıdanda problemlərlə üzləşirlər. Həmin çətinliklər aradan qaldırılmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rasim Musabəyov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında bildirib.

“O insanların valideynləri Azərbaycanda doğulubsa, onlara daimi yaşamaq hüquqi vermək niyə çətin olmalıdır? Rusiyadan gələn insanların bir çoxu böyük maliyyə imkanlarına sahibdirlər. Həmin şəxslərə məqbul şərait yaradıldığı halda, o sərməyalərdən düzgün istifadə etmək olar. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında elə şərait yaradaq ki, onlar öz pullarını Rusiyadan çıxarıb vətəndə istifadə etsinlər”, - deputat əlavə edib.

Nuranə Daxilqızı