Efirə sellofan geyinib çıxdı - Foto

efire-sellofan-geyinib-cixdi
Oxunma sayı: 1891

Türkiyəli futbol şərhçisi və “Fənərbaxça”nın keçmiş oyunçusu Can Arat efirə sellofan geyinərək çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Qalatasaray”ın “Fənərbaxça” ilə kubok oyununda azarkeşlərə verdiyi yağış geyimlərinin keyfiyyətsizliyinə görə bu addımı atıb. C.Aratın bu hərəkəti müzakirələrə səbəb olub və “Qalatasaray” azarkeşlərini əsəbiləşdirib.

Xatırladaq ki, kubok matçında hər iki klub azarkeşlərə yağışdan qorunmaq üçün geyim verib. Bu zaman “Qalatasaray” verdiyi sellofanlara görə tənqidlərə məruz qalıb. “Fənərbaxça”da isə tam əksi olub. Matçdan sonra “Fənərbaxça”nın üst geyimləri təriflənib, hətta klub bundan sonra fanşoplarda forma ilə yanaşı, həmin üst geyimlərini da satışa çıxarıb.

Qeyd edək ki, matç “Fənərbaxça”nın 2:0 qələbəsi ilə başa çatıb.“Sarı-lacivərdlilər” bu qələbə ilə həm mövsümün ilk titulunu qazanıb, həm də 11 il sonra ilk dəfə Superkuboku muzeyinə aparıb.