Əcnəbilər üçün viza rüsumunu beş dəfə qaldırırlar

ecnebiler-ucun-viza-rusumunu-bes-defe-qaldirirlar
Oxunma sayı: 1029

Yaponiya hökuməti əcnəbilər üçün qısamüddətli (birdəfəlik) viza rüsumunu 5 dəfə artırmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Kyodo” agentliyi məlumat yayıb.

Bu ilin iyul ayından başlayaraq, bu sənəd üçün rüsum hazırkı 3000 yendən 15.000 yenə (təxminən 90 dollar) yüksələcək. Agentlik qeyd edib ki, bu, 1978-ci ildən bəri ilk qiymət artımıdır. Eyni zamanda, ziyarətçilərə müəyyən müddət ərzində Yaponiyaya təkrar daxil olmaq imkanı verən çoxdəfəlik giriş vizası üçün rüsum 6000 yendən 30.000 yenaya (təxminən 185 dollar) yüksələcək.