Dembele PSJ-ni seçim qarşısında qoydu

dembele-psj-ni-secim-qarsisinda-qoydu
Oxunma sayı: 990

“Qızıl top”un son sahibi Usman Dembele PSJ ilə yeni müqavilə imzalamaq üçün illik 60 milyon avro maaş tələb edərək klub rəhbərliyini çətin seçim qarşısında qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Foot Mercato” portalı məlumat yayıb.

Fransa nəhəngi ulduz futbolçusu ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq üçün fəal danışıqlar aparsa da, hələlik tərəflər arasında razılıq əldə olunmayıb. Dünyanın ən yaxşı futbolçusu seçilən 28 yaşlı hücumçu klubun illik 30 milyon avroluq ilk təklifini geri çevirib.

Mənbə qeyd edir ki, Dembelenin nümayəndələri maaşın ikiqat artırılmasını tələb edərək illik 60 milyon avroda israr edirlər. Maddi şərtlərdəki bu kəskin fərq danışıqları dalana dirəyib.

Xatırladaq ki, cari mövsümdə meydana çıxdığı 16 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan ulduz futbolçu zədə problemləri səbəbindən artıq 11 oyunu buraxmalı olub.