“Çelsi” klubu yeni baş məşqçisini açıqlayıb.
“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Liam Rozenyor təyin edilib.
41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.
Rozenyorun məşqçilik karyerası əsasən İngiltərənin aşağı liqaları ilə bağlı olub. O, daha əvvəl “Derbi Kaunti” (1-ci liqa) və “Hall Siti” (Çempionşip) klublarında çalışıb. 2024-cü ildən isə Fransanın “Strasburq” klubuna rəhbərlik edib.
Xatırladaq ki, “Çelsi” əvvəlki məşqçi Enzo Mareskanı istefaya göndərdikdən sonra bu vəzifə boş idi.
Son xəbərlər
Son Xəbərlər