Azərbaycan “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat yayılıb.
Belə ki, saytda püşkatamaya əsasən siyahı dərc olunub. İştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi isə yaxın günlərdə məlum olacaq.
Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir.
Qeyd edək ki, bu il keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi Avstriyanın paytaxtı Vyana şəhəri edəcək. Yarışmada 35 ölkə iştirak edəcək. Müsabiqəsinin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək.


Son xəbərlər
Son Xəbərlər