Bəzi sərnişinlərə aldıqları biletin pulu tam qaytarılacaq - ADY

bezi-sernisinlere-aldiqlari-biletin-pulu-tam-qaytarilacaq
Oxunma sayı: 1646

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq:

“Yolun tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.