Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı su arxına düşüb.
Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Pəri Həsənova isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab kimi bildirilib ki, bu gün saat 06:00 radələrində Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 1993-cü il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxansının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə ilkin olaraq qabırğaların çoxsaylı sınığı, qarnın küt travması, dodaq və ağız boşluğunun açıq yarası və qarın divarının əzilməsi diaqnozları təyin olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər