Baş prokuror Pirallahıda qəbul keçirdi - Göstərişlər verdi

bas-prokuror-pirallahida-qebul-kecirdi
Oxunma sayı: 1652

Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun inzibati binasında Pirallahı, Xəzər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, baş prokuror qəbulda 15 nəfəri dinləyib.

Vətəndaşların müraciətləri konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərdən ibarət olub.

Kamran Əliyev müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verib.