Hamının səbirsizliklə gözlədiyi o an gəldi. 10 yanvar 2026-cı tarixində “Bank Respublika”nın Baş ofisində 5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirakı ilə təsadüfi seçim əsasında "Qızıl Seçim" lombard lotereyasının ilk tirajının qalibləri müəyyən olundu.
İlk tiraj çərçivəsində 01 oktyabr – 31 dekabr 2025-ci il tarixlərində “Bank Respublika”da lombard krediti rəsmiləşdirmiş 10 000-dən çox müştəri və onlara məxsus 110 000-ə yaxın lotereya şansı qeydə alınıb. Qeyd edək ki, hər 500 AZN məbləğində lombard krediti müştərilərə 1 iştirak şansı qazandırıb.
"Qızıl Seçim" lombard lotereyasının 1-ci tirajının 20 qalibinin siyahısını təqdim edirik:
.png)
Loteryanın qaliblərinə mükafatlar növbəti günlər ərzində təqdim ediləcək və ictimaiyyətə ayrıca məlumat veriləcək.
Qeyd edək ki, avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi dileri “Group Motors” tərəfindən təqdim olunur.
“Qızıl Seçim” lotereyasının 2-ci tirajına da artıq start verilib və 01 may 2026-cı il tarixinədək davam edəcək. Lotereya haqda ətraflı məlumatı bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram”
Çağrı Mərkəzi: 144
Son xəbərlər
Son Xəbərlər