Balakən sakinini sel apardı - Yenilənib

balaken-sakinini-sel-apardi
Oxunma sayı: 2876

Balakəndə 43 yaşlı kişini sel aparıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.

Hazırda onun axtarışları davam etdirilir.

***

Həmin şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.