Bakıda yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.
“Qafqazinfo” xəbər verir ki, iyunun 15-i saat 12 radələrində ruhi xəstə olan 1985-ci il təvəllüdlü Sabunçu qəsəbə sakini F. Mustafayev yaşadığı evin həyətində yanıq xəsarətləri alıb.
Üzərinə kerosin tökülməsi nəticəsində ağır dərəcəli xəsarətlər alan şəxs iyunun 16-sı saat 14 radələrində yerləşdirildiyi xəstəxanada vəfat edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər