Bakıda marşrut avtobusu ağaca çırpıldı, yaralanan var - Video - Yenilənib

bakida-marsrut-avtobusu-agaca-cirpildi-yaralanan-var
Oxunma sayı: 2712

Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.

“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!

Nəticdə, avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb: “Hadisə 01.07.2026-cı il tarixində saat 09:30 radələrində Suraxanı rayonu Əmircan qəsəbində qeydə alınıb. Nəticədə Kazımov Əli Əzim oğlu xəsarət alıb. Qəza ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır”.