MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib.
Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.
Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər