Azərbaycanın təşəbbüsü ilə yaradılan mükafatın rəsmi təqdimatı keçirildi

azerbaycanin-tesebbusu-ile-yaradilan-mukafatin-resmi-teqdimati-kecirildi
Oxunma sayı: 1554

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə təsis olunan dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat - Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) rəsmi təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, eləcə də UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax iştirak edib.

Mükafat barədə danışan Rossbaxın sözlərinə görə, qlobal şəhərsalma icması olaraq müvafiq tərəflər özündən sonra şəhərsalma sahəsində icrası mümkün olan miras qoymalıdır: “Geriyə qoyduğumuz miraslardan biri də ondan ibarətdir ki, ilk dəfə WUF-da 500-dən artıq fərqli təcrübələri bir araya gətirdik”.

Qeyd edilib ki, Meksikada keçiriləcək WUF14-də artıq seçilmiş şəxslərə mükafat təqdim ediləcək. Mükafatın əsas məqsədi dayanıqlı şəhərsalma ideyalarını təşviq etmək, bu sahədəki qabaqcıl qlobal təşəbbüsləri qiymətləndirməkdir.

Günel İbrahimova