Azərbaycanın 2026-cı ilin may ayında keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək ölkə kimi seçilməsi, ölkənin zəngin memarlıq irsi və dinamik inkişaf edən müasir şəhərsalma təşəbbüslərinin unikal sintezinin tanınmasıdır.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə memarlar, interyer dizaynerləri və developerlər üçün ixtisaslaşmış jurnal “Architecture Update”in materialında qeyd olunub.
Nəşr xatırladır ki, Azərbaycan Bakıda WUF13-ün keçirilməsi ərəfəsində 2026-cı ili “Şəhərsalma və memarlıq ili” elan edib.
“Bu qərar şəhərsalma siyasəti, memarlıq mədəniyyəti və davamlı inkişaf sahəsində milli çərçivə proqramı formalaşdırır, Azərbaycanın şəhərlərin inkişafı üzrə beynəlxalq təşəbbüslərdə fəal iştirakını əks etdirir. Bununla yanaşı, sənəd ölkənin çoxəsrlik ənənələrinin qorunmasına və eyni zamanda müasir sosial, ekoloji və məkan çağırışlarının həllinə müasir yanaşmaların inteqrasiyasına yönəlib”, - materialda qeyd olunub.
“Architecture Update” həmçinin Azərbaycanda UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan bir neçə obyektin yerləşdiyinə diqqət yetirib. Eləcə də İçərişəhər, Şirvanşahlar saray kompleksi, Qız qalası, habelə Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzindən bəhs edilib.
Son xəbərlər
Son Xəbərlər