ABŞ Karakasa zərbə endirib? - Video

abs-karakasa-zerbe-endirib
Oxunma sayı: 1768

Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Reuters” Karakasda 7 partlayışın qeydə alındığını yazıb.

Bununla yanaşı, xarici mediada ABŞ-nin Karakasda hərbi obyektlərə zərbə endirdiyi barədə iddia yayılıb.

Sosial şəbəkələrdə isə Venesuela paytaxtında baş verən partlayışın, eləcə də şəhərin səmasında ABŞ-yə məxsus “Chinook” helikopterlərinin uçduğunun görüntüləri yayılıb.

Məlumat hələ rəsmi təsdiq olunmayıb.