ABŞ İranın bu şəhərinə raket zərbələri endirdi

abs-iranin-bu-seherine-raket-zerbeleri-endirdi
Oxunma sayı: 129

ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Xomeyni şəhərinə zərbələr endirib, nəticədə ərazidəki mühüm körpü dağılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın rəsmi “Fars” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, dağıdılan keçid Bəndər-Abbas və Lars şəhərlərini birləşdirən strateji yolun üzərində yerləşirdi. Hazırda ölkənin yol-istismar xidmətləri sürücülər üçün alternativ və dolama marşrutun təşkil edilməsi istiqamətində iş aparır.

Həmin gün ABŞ hərbçiləri İran ərazisindəki hədəflərə qarşı növbəti zərbələr dalğasının endirildiyini təsdiqləyiblər. ABŞ Silahlı Qüvvələrinin yaydığı bəyanatda artıq ardıcıl beşinci gecədir ki, İranın hərbi potensialının zəiflədilməsi istiqamətində əməliyyatların davam etdirildiyi qeyd olunub.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və danışıqların yeni mərhələsinə başlanılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumu imzalamışdılar. Lakin iyulun 8-də qarşılıqlı zərbələrin bərpa olunmasından sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasındakı atəşkəsin artıq qüvvədə olmadığını və İranla heç bir danışıqlar aparmağı planlaşdırmadığını bəyan etmişdi.