Daşkəsəndə döyülmə faktı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zivlən kəndində baş verib.
Kənd sakini, 14 yaşlı yeniyetmə Ö.İ. (ad şərtidir) baş nahiyəsindən ağır kəllə-beyin travması ilə Gəncə şəhər 3 nömrəli xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı onun baş nahiyəsində iki ağır zərbənin izi və sol qulağında açıq yara aşkar edilib. Yaralıya zəruri tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, yeniyetməni qonşusu, 50 yaşlı Zöhrab İmanov döyüb. Onların arasında yaranan mübahisə zamanı Z.İmanov armaturla yeniyetmənin başına iki, sol qulağına isə bir zərbə vurub.
***
Əldə etdiyimiz məlumata görə, mübahisə həyətyanı sahədə heyvan otarılması üstündə baş verib.
Hadisə ilə bağlı tərəflər polisə müraciət ediblər. Hazırda müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər