5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü

5-ci-mertebeden-yixilan-4-yasli-usaq-oldu
Oxunma sayı: 787

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 27-si saat 11 radələrində 2022-ci il təvəllüdlü Monera Səməd qızı Hümbətova yaşadığı C.Həsənov küçəsindəki 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki evin pəncərəsindən yıxılıb.

Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.