490 ton buğda Azərbaycandan keçib Ermənistana çatdırılacaq

490-ton-bugda-azerbaycandan-kecib-ermenistana-catdirilacaq
Oxunma sayı: 591

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.