Ağstafa sakini ürəyindən bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma başlanılıb.
***
Oxu.az-ın məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər