19 il sonra boşanıb 282 milyonluq əmlakları bölüşdürdülər

19-il-sonra-bosanib-282-milyonluq-emlaklari-bolusdurduler
Oxunma sayı: 2141

“Oskar” mükafatlı aktrisa Nikol Kidman həyat yoldaşı, musiqiçi Kit Urbandan boşanıb.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, boşanma ərizəsini aktrisa özü təqdim edib.

O, ərizədə həyat yoldaşı ilə barışmaz fikir ayrılıqları olduğunu və buna görə gələcək ailə həyatının mümkün olmayacağını vurğulayıb.

19 il sonra yollarını ayıran cütlük əmlakın bölünməsi ilə bağlı müqavilə imzalayıblar. Belə ki, bank hesabları, investisiyalar, incəsənət əsərləri, evlər və avtomobillər tərəflər arasında yarı-yarıya bölünəcək. Bununla belə, hər bir tərəf artıq öz sərəncamında olanları saxlayacaq. Onların birgə əmlakı 282 milyon dollar dəyərində qiymətləndirilir.

Uşaqlarla ünsiyyət qaydasına müqavilədə ayrıca yer ayrılıb. Belə ki, müqaviləyə əsasən 17 yaşlı Sandey Rouz və 15 yaşlı Feyt Marqaret ilin 306 gününü anaları, 59 gününü ataları ilə keçirəcəklər.

Daha əvvəl cütlüyün sırf Kitin narkotik asılılığı səbəbindən nikah müqaviləsi bağladıqları barədə xəbər yayılmışdı. Müqavilənin şərtlərinə görə, asılılıqla əlaqəli olmayan hər hansı bir səbəbdən boşanma halında aktrisa ərinə narkotik maddələrdən istifadə etmədiyi hər ilə görə 600 min dollar ödəməli idi. Boşanma səbəbi narkotik maddə qəbul etməklə bağlı olsaydı, Kit Urban məhkəmə qərarı ilə heç nə almayacaqdı.