Usta işlədiyi evdən meyiti tapıldı

usta-islediyi-evden-meyiti-tapildi
Oxunma sayı: 5235

Göygöldə ustanın meyiti aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1982-ci il təvəllüdlü Rasim Əhmədovun təmir etdiyi evlərdən birində meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev