“SİMA İmza” “UForex” platformasında - Hesabını onlayn aç!

sima-imza-uforex-platformasinda
Oxunma sayı: 96

SİMA yeni nəsil rəqəmsal imza “Unicapital” ASC ilə əməkdaşlığa başlayıb.

Artıq “Unicapital”a məxsus “UForex” (uforex.az) platformasında hesab açılışını “SİMA İmza” ilə onlayn şəkildə həyata keçirmək mümkündür.

Bu həll sayəsində hesab açılması üçün müraciət edən şəxsin həqiqətən imza sahibi olub-olmadığı “SİMA İmza”nın süni intellekt və biometriya texnologiyası vasitəsilə anında dəqiqləşdirilir.

Platforma daxilində saniyələr ərzində baş tutan proses zamanı ilk olaraq müraciət edən şəxsin üz cizgiləri analiz edilir, ardınca sistem hər hansı foto və ya video təsvirdən istifadə cəhdlərinin qarşısını alaraq şəxsin real olduğunu təsdiqləyir. Sonda isə imza prosesi tamamlanaraq investisiya hesabı dərhal aktivləşdirilir. 

Qeyd edək ki, inteqrasiyanın başlıca məqsədi istifadəçi təhlükəsizliyini qoruyub, prosesləri sürətləndirərək müştərilərə çevik investisiya təcrübəsi təqdim etməkdir.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.