“Rightwellton” Hüquq Şirkəti Qarabağ Universiteti tələbələri üçün təcrübə proqramı keçirdi - Video

rightwellton-huquq-sirketi-qarabag-universiteti-telebeleri-ucun-tecrube-proqrami-kecirdi
Oxunma sayı: 509

Azərbaycanda premium hüquq xidmətləri göstərən “Rightwellton” Hüquq Şirkəti Qarabağ Universiteti ilə imzaladığı əməkdaşlıq sazişi çərçivəsində Hüquqşünaslıq fakültəsinin 3-cü kurs tələbələri üçün intensiv təcrübə proqramı təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Proqram 01 iyun 2026-cı ildən 01 iyul 2026-cı il tarixinə qədər davam edib.

Bir ay müddətində tələbələr şirkətin ofisində peşəkar mühitdə çalışıb. Bu müddət ərzində onlar real hüquqi məsələlərin araşdırılmasında bilavasitə iştirak edib, müqavilə hüququ, iddia hazırlığı, müştəri kommunikasiyası kimi sahələrdə praktiki bacarıqlar əldə edib. Tələbələr həmçinin şirkətin mütəxəssislərinin rəhbərliyi altında aktual keyslərin həllini yerinə yetirib.

“Rightwellton” Hüquq Şirkətinin rəhbərliyi bildirib ki, bu proqram gənc hüquqşünasların akademik bilikləri ilə praktiki bacarıqları arasındakı uçurumu aradan qaldırmağa xidmət edir:

“Biz inanırıq ki, hüquq təhsilinin tam məqsədinə çatması üçün tələbələr real mühitdə çalışmalıdır”.

Qarabağ Universiteti ilə bu əməkdaşlığın davamlı xarakter alacağı bildirilir. Şirkətin növbəti tədris ilindən etibarən proqramı genişləndirərək daha çox tələbəni əhatə etməyi planlaşdırdığı məlum olub.

Qeyd edək ki, “Rightwellton” Hüquq Şirkəti Azərbaycanda hüquqi xidmətlər sahəsinin aparıcı strukturlarından biri olmaqla, korporativ hüquq, mülki mübahisələr, əmlak hüququ və digər istiqamətlər üzrə premium xidmətlər göstərir.

İnstaqram: https://www.instagram.com/rightwellton