Rabatda tüstüsüz gələcək müzakirə edildi - Fotolar

rabatda-tustusuz-gelecek-muzakire-edildi
Oxunma sayı: 864

Mərakeşin paytaxtı Rabat şəhərində Philip Morris International (PMI) şirkətinin tüstüsüz məhsullara dair “Technovation” adlı tədbiri keçirilib. Bu, səhiyyədə innovasiyalar və transformasiya, həmçinin tüstüsüz məhsulların istehsalı və dövriyyəsinin tənzimlənməsi ilə bağlı dialoq platformasıdır.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə tütün məhsullarının zərərinin azaldılması və tüstüsüz gələcəyə keçidin dəstəklənməsində elmin, innovasiyanın və sübutlara əsaslanan siyasətin rolu barədə danışılıb.

Philip Morris şirkətinin Kommunikasiyalar və Əməkdaşlıq üzrə vitse-prezidenti Tommazo di Ciovanni geniş təqdimatında bildirib ki, 1997-ci ildə BMT-nin tütün və sağlamlıq məsələləri üzrə əlaqələndirici qurumu bəyan edib ki, tütün məhsullarının toksikliyinin azaldılması istiqamətində bütün mümkün səylər göstərilməlidir. Həmin dövrdə əsas diqqət tütün istifadəsinin yaratdığı sağlamlıq risklərinin minimuma endirilməsinə yönəldilmişdi. 2001-ci ildə ABŞ Tibb İnstitutunun (Institute of Medicine) hazırladığı “Clearing the Smoke: Assessing the Science Base for Tobacco Harm Reduction” (Tüstünün təmizlənməsi: tütün zərərinin azaldılmasının elmi əsaslarının qiymətləndirilməsi) adlı hesabat dərc olunub. Hesabatda tütün zərərinin azaldılması konsepsiyasının elmi əsasları araşdırılıb və bu istiqamətdə mövcud yanaşmalar təhlil edilib".

"Beləliklə, son 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatlar tərəfindən tütün məhsullarının zərərinin azaldılması konsepsiyası müxtəlif sənədlərdə və araşdırmalarda müzakirə olunaraq qlobal səhiyyə gündəliyinin mühüm istiqamətlərindən birinə çevrilib".

Onun sözlərinə görə, tüstüsüz gələcəyə nail olmaq və siqaret çəkməyin vurduğu zərəri azaltmaq üçün kollektiv fəaliyyət tələb olunur. O, hökumətlərin, qeyri-hökumət təşkilatlarının (QHT), ictimai səhiyyə müəssisələrinin və özəl sektorun zərərin azaldılması strategiyalarını dəstəkləmək, məlumatlı qərar qəbuletməni təşviq etmək və nəticədə siqaretlə əlaqəli xəstəliklərin yükünü azaltmaq üçün birlikdə çalışması lazım olduğunu irəli sürdü.

Tədbirin əsas müzakirə mövzularından biri nikotinlə bağlı davam edən yanlış təsəvvürlər və onların tütünün zərərinin azaldılması strategiyalarına təsiri olub.

Professor İman Kendili isə çıxışında ölkələrin spesifik reallıqlarına və ehtiyaclarına uyğunlaşdırılmış yerli səhiyyə strategiyalarının vacibliyini vurğulayıb. O bildirib ki, söhbət tütünün zərərinin azaldılmasından kənara çıxaraq qitələrin üzləşdiyi daha geniş ictimai səhiyyə problemlərini əhatə edir.

Fransadakı Pyer və Mari Küri Universitetinin professor-onkoloqu, Fransa Milli Xərçəng İnstitutunun sabiq direktoru David Kayat nikotini tütünün yanması nəticəsində yaranan zərərli təsirlərdən fərqləndirməyin vacibliyini vurğulayıb.

Khayat bildirib ki, ağciyər xərçəngi və siqaretlə əlaqəli digər xəstəliklərin əsas səbəbi nikotinin deyil, tütünün yanması nəticəsində yaranan zərərli maddələrdir. O, həmçinin qeyd edib ki, yalnız siqaret qadağaları və qiymət artımları kimi ənənəvi tədbirlər siqaret çəkənlərin bu vərdişdən imtina etməsinə kömək etmək baxımından məhdud effektivlik göstərib.

Sessiya zamanı təqdim olunan məlumatlar siqaret çəkmənin qlobal miqyasda yaratdığı davamlı yükü vurğulayıb. Bildirilib ki, siqaret çəkmə 1990–2023-cü illər ərzində olduğu kimi, dünya üzrə xərçənglə əlaqəli ölümlərin əsas səbəbi olaraq qalmaqdadır. Kayatın sözlərinə görə, bu nəticələr tütünün zərərinin azaldılması strategiyalarının sürətləndirilməsinə və tüstüsüz innovativ alternativlərin təşviqinə təcili ehtiyac olduğunu göstərir.

İştirakçılar razılaşdılar ki, nikotindən imtina etməyən siqaret çəkənlərin daha az zərərli alternativlərə keçidini təşviq edən qanunvericiliyin bundan sonra da inkişaf etdirilməsi vacibdir.