“Müəllimlərdə bir xof var”

muellimlerde-bir-xof-var
Oxunma sayı: 994

Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanında 51 balla bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə danışıb.

“Bizə niyə 51 bal müəyyən etməyimizlə bağlı suallar verilir. Biz bilirik ki, metodik hissəni ölçən sullarla bağlı müəllimlərdə bir xof var. Amma fənn biliyi ilə bağlı müəllimlərin problemi yoxdur. Öz fənnini bilən adam 50 suala cavab verir. Metodikadan 1 suala cavab versə belə, 51 balı toplayacaq, yaxud öz fənnindən 49 suala cavab versə, metodikadan 2 bal toplamaqla 51 balı yığa bilər. Öz fənnini bilməyən adamın metodikanı yaxşı bilməsi real görünmür”, - nazir deyib.

Gülnar Əliyeva