Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Bala Kəngərli kəndində Vətən müharibəsinin 2-ci qrup əlili Salmanlı İlqar İlham oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
“Qafqazinfo” xəbər verir ki, millət vəkili İlqar Salmanlını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ziyarət edib.
Qeyd edək ki, Salmanlı İlqar İlham oğlu Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Salmanlı “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Döyüşlərdə aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin edilib.
Vətən müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnnətdarlıqlarını bildiriblər.



Son xəbərlər
Son Xəbərlər