Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan kişinin axtarışları davam edir.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər