Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab türbəsinin ətrafında aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işləri ilə yerində tanış olub.
“Qafqazinfo” xəbər verir ki, türbəyə aparan 2 kilometr uzunluğunda yolun kənarında yerləşən yaşıllıq zolağı məişət və tikinti tullantılarından tam təmizlənib, əraziyə 2000 ədəd ağac əkilib və damcı suvarma sistemi quraşdırılıb.
Həmçinin yaşıllıq zolağının mühafizəsi və inkişafı istiqamətində zəruri tədbirlər görülüb.
N.Bayramov görülən işlərlə tanış olduqdan sonra ərazidə abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, Comərd Qəssab türbəsi Gəncənin ən qədim tarixi-memarlıq abidələrindən biridir. Türbə xalq arasında xeyirxahlığı və səxavəti ilə tanınan Comərd Qəssabın xatirəsinə ucaldılıb və şəhərin mühüm tarixi-mədəni irs nümunələrindən hesab olunur.




Son xəbərlər
Son Xəbərlər