İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinə məlumatlar daxil olub.
“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal ərazilərə cəlb olunub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər