ABŞ yenidən İranı vurmağa başladı

abs-yeniden-irani-vurmaga-basladi
Oxunma sayı: 1508

ABŞ İran ərazisinə növbəti zərbələr dalğasına başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Bu gün saat 06:00-da (Bakı vaxtı ilə 14:00 - red.) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana bir sıra zərbələr endirməyə başlayıb. Onlar Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə olunan İran qüvvələrinin hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır”, - məlumatda deyilir.