Müayinə üçün xəstəxanaya getmişdi - Öldü

muayine-ucun-xestexanaya-getmisdi
Oxunma sayı: 1630

Gəncədə xəstəxanaya müayinəyə gedən qadın ölüb.

“Qafqazinfo” xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.

Belə ki, MRT müayinəsinə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfil halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub.

Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş.

Yunis Quliyev