“Medilux” klinikasında daha bir yenilik

medilux-klinikasinda-daha-bir-yenilik
Oxunma sayı: 683

“Baku Medical Plaza”nın “Medilux” filialında ana olmağa hazırlaşan pasiyentlər üçün müasir mamalıq xidmətləri sırasında yer alan suda doğuş ximəti təqdim olunur.

Suda doğuş prosesi Türkiyədə bu sahə üzrə xüsusi təcrübə keçmiş “Medilux” filialının ginekoloqu Selen Dağdeviren və klinikanın peşəkar tibbi heyəti tərəfindən həyata keçirilir. Xidmət müasir tibbi avadanlıqlar, beynəlxalq tibbi standartlara uyğun şəraitdə, təcrübəli komandanın nəzarəti altında uğurla icra edilir.

Suda doğuş müasir mamalıqda tətbiq olunan təbii doğuş üsullarından biridir. Xüsusi hazırlanmış su mühitində həyata keçirilən bu metod ananın özünü daha rahat hiss etməsinə, ağrılarının azalmasına və doğuş prosesinin daha komfortlu keçməsinə kömək edir.

Proses zamanı ana və körpənin təhlükəsizliyinə peşəkar komanda tərəfindən tibbi nəzarət edilir.

Qeyd edək ki, suda doğuş xidmətindən yararlanmaq istəyən pasiyentlərin sağlamlıq vəziyyəti əvvəlcədən qiymətləndirilir və proses müvafiq tibbi göstəriş əsasında icra olunur.

Baku Medical Plaza klinikalar şəbəkəsi beynəlxalq tibbi təcrübənin ölkəmizdə tətbiqi istiqamətində müxtəlif uğurlu layihələr həyata keçirir. Klinikanın “Medilux” filialı, mamalıq və ginekologiya sahəsində müasir tibbi yanaşmaları ilə ana və körpə sağlamlığının qorunmasına töhfə verməyə davam edir.