Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Əli Tekin uzun illər ərzində Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib.
“Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbacan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq”, - deyə paylaşımda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər