İyulun 2-si Kürdəmirdə Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəl Heydər Əliyev parkına gedərək Ulu Öndərin abidəsi önündə onun xatirəsini ehtiramla yad ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli əlamətdar gün münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərmanlar təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər