Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video

bir-aydir-ki-korpu-bu-haldadir
Oxunma sayı: 1448

Qudyalçaya gələn sel bir sıra fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, Qubanın Qəçrəş kəndində körpü yararsız vəziyyətə düşüb.

Bir neçə kəndə gediş-gəliş yolu olan körpünün belə hala düşməsi sakinlərin işini çətinə salıb.

“Bir aydan çox olar körpü dağılıb. Buradan yol yoxdur, məcburuq ki, şəhərlə gedib fırlanaq. O da bizə sərf etmir. Taksi 10 manata başa gəlir”, - sakinlərdən biri bildirib.

“Yolumuz uzanıb. 15 manat taksiyə veririk ki, hər gün gedib-gələk. Çox əziyyət çəkirik. Getmək olmur”.

Ətraflı “Baku TV”nin videomaterialında: