“Azərişıq”da idarə rəislərinin yeri dəyişdirildi - Yenilənib

azerisiqda-idare-reislerinin-yeri-deyisdirildi
Oxunma sayı: 9444

“Azərişıq” ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, onun yerinə “Azərişığ”ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.

Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar “Azərişıq” rəhbərliyi tərəfindən verilib.

***

“Azərişıq” ASC-nin Naxçıvan idarəsinin rəisi və şöbə müdiri də vəzifələrindən azad edilib.

Modern.az-ın məlumatına görə, bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub. O bu vəzifəyə ötən ilin may ayında təyin edilib.

Eyni zamanda, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad olunub.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun imzaladığı müvafiq əmrlə Səhmdar Cəmiyyətin strukturuna daxil olan Regional Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəislərinin yerləri dəyişdirilib. Belə ki, Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunaraq onun yerinə Şimal-Qərb RETSİ-nin rəisi Nərman Mahmudov təyin olunub. Həmçinin Sumqayıt RETSİ-nin rəisi Həbib Əzizov Şimal-Qərb RETSİ-nin, Qərb RETSİ-nin rəisi Elmar Mahmudov Sumqayıt RETSİ-nin rəisi təyin ediliblər.