Avstraliyada cəmi 2 sakini olan şəhər satılır - 400 min dollara

avstraliyada-cemi-2-sakini-olan-seher-satilir
Oxunma sayı: 32

Avstraliyanın ən kiçik şəhəri olan Kuladdi (Cooladdi) 400 min Avstraliya dollarına (təxminən 476 min AZN) satışa çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, bu şəhərdə cəmi iki nəfər yaşayır. 

Şəhərdəki yeganə evdə yaşayan iki qadın daşınmaz əmlakı satmaq qərarına gəliblər. Əmlakı əldə edəcək şəxs yaşayış tikilisindən əlavə 4 otaqlı motel, mağaza, pab və “4 ulduzlu” restoran sahibi olacaq. 

Daşınmaz əmlak üzrə mütəxəssis Bekki Ceysmanın sözlərinə görə, şəhəri alacaq şəxs həm də Kuladdinin “qeyri-rəsmi meri” olacaq.