Ağdamda qəza baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Renault Laguna” markalı 99 UA251 dövlət nömrəli avtomobil “GAZ” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 6 nəfər yaralının olduğu bildirilir. Hadisə yerinə cəlb olunan 2 təcili tibbi yardım avtomobili yaralıları Bərdə Diaqnostika Mərkəzinə çatdırıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər