Suqovuşanda mikroavtobus dərəyə aşdı - 6 yaralı, üçünün vəziyyəti ağırdır - Yenilənib

suqovusanda-mikroavtobus-dereye-asdi
Oxunma sayı: 1025

Suqovuşanda işçi qrupu daşıyan mikroavtobus aşıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, qəza ötən gecə Suqovuşan ərazisində baş verib.

Belə ki, “Hyundai” markalı, 77 JZ 716 dövlət nömrə nişanlı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Əldə etdiyimiz məlumata görə, Suqovuşanda baş verən qəza zamanı 6 nəfər xəsarət alıb.

Qəzada xəsarət alan 6 nəfər işçidən üçünün vəziyyəti ağır olduğundan kəllə-beyin travması ilə Mingəçevir Regional Hospitala, digər xəsarət alanlar isə müayinə üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Ziya Əmirxanlı