Vəsilə Vahidqızına ağır itki

vesile-vahidqizina-agir-itki
Oxunma sayı: 3240

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızına ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, onun anası dünən vəfat edib.

V.Vahidqızı bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Anam müharibə görmüşdü, əsgərlər anası olmuşdu, həmişə qorxurdu, hər zaman narahat idi. Onun pəncərədən baxıb övladlarını gözləməsini min dəfə görmüşdüm. Bir neçə saatdır biz pəncərədən onu apardıqları yola baxırıq. Əbədiyyətə gedən yola. Ana hansı yaşda olur olsun, onu itirmək çox ağır imiş...”

Mərhumun yas mərasimi 25 aprel saat 11.00-dan etibarən 6-cı mikrorayonda yerləşən İmam Əli məscidində keçiriləcək.